TikGameTok

Məxfilik siyasəti

Son yenilənmə: 25 oktyabr 2026.

Xidmət və əlaqə

TikGameTok canlı yayım oyun studiyasıdır. Məxfilik və məlumat sorğuları üçün tətbiqdə Ayarlar → Rəhbərliyə yaz bölməsindən və aşağıdakı hesab silmə səhifəsindən istifadə edə bilərsiniz.

Hansı məlumatlar saxlanır?

Hesab adı, e-poçt, şifrənin kriptoqrafik xülasəsi və ya təsdiqlənmiş Google/Apple hesab identifikatoru, giriş sessiyası, istifadə icazəsi, bildiriş seçimləri və pişik baxımı oyununun vəziyyəti saxlanır. Google və Apple hesabınızın şifrəsini almırıq.

Canlı yayım

TikTok username ilə açıq LIVE yayımındakı şərhlər və hədiyyə hadisələri oyun üçün oxunur. Bu, TikTok hesabınıza daxil olmaq və ya hesab sahibliyini təsdiqləmək deyil. Hədiyyənin göndərəni, adı, sayı, təxmini dəyəri, oyun və vaxtı hesabınıza aid tarixçə və hesabat üçün serverdə saxlanır. Təklif və xəta müraciətləriniz də saxlanır; tətbiq bağlandıqda serverdə aktiv sessiya ayrıca dayandırılmalıdır. TikTok bağlantısı qeyri-rəsmi qəbuledici və onun imza xidmətindən istifadə edir.

Şəkillər və cihaz icazələri

Mobil oyunlarda seçdiyiniz şəkil və videoların tətbiqə aid nüsxələri cihazda saxlanır. Web studiyada özünüz yüklədiyiniz şəkil, video və musiqilər isə hesabınıza aid server yaddaşında saxlanır. Mobil cihazdakı yerli fayllar avtomatik web-ə köçürülmür. Qalereya icazəsi şəkil seçəndə, cihaz bildirişi icazəsi isə onu özünüz açanda soruşulur. Bu versiyada reklam və üçüncü tərəf analitika SDK-sı yoxdur.

Web studiya və overlay

Web studiyanın oyun, görünüş, dil, səs və media ayarları hesabınızda saxlanılır. Şəxsi overlay linki oyun səhnəsini və açıq LIVE iştirakçı məlumatlarını göstərir; hesabınıza və idarəetmə əmrlərinə giriş vermir. Linki olan şəxs səhnəni görə və botun səsli reaksiyalarını işlədə bilər. Linki paylaşmayın; studiyadan yeniləyə və ya ləğv edə bilərsiniz. Overlay açarı serverdə kriptoqrafik xülasə kimi saxlanır; tam link idarəetmə brauzerinizdə saxlanır. Web-də giriş sessiyası həmin brauzer pəncərəsinin yaddaşında saxlanır. Hesab silinəndə serverdəki web media faylları və overlay icazəsi də silinir. TikTok profil şəkilləri brauzerdə göstərilmək üçün serverdən keçərək qısa müddət keşlənə bilər.

AI söhbəti

“Bot ilə söhbət” bölməsində AI-ni açanda məlumat paylaşımını ayrıca təsdiqləyirsiniz. Seçilmiş açıq LIVE şərhi, izləyicinin açıq adı və son bir neçə qısa dialoq cavab yaratmaq üçün tətbiqdə göstərilən AI xidmətinə göndərilir. Hazırkı əsas seçim DeepSeek-dir. Google Gemini ayrıca aktivləşdirildikdə əsas xidmət ola, texniki xəta zamanı DeepSeek ehtiyat xidmət kimi istifadə edilə bilər. Təhlükəsizlik səbəbindən bloklanmış məzmun digər xidmətə yönləndirilmir. Əvvəlki OpenAI rejimi ayrıca seçilibsə, məlumatlar həmin xidmətə göndərilir; istifadə olunan xidmət tətbiqdə göstərilir. API açarları telefona verilmir. Qısa dialoq tarixçəsi serverin müvəqqəti yaddaşında ən çox 15 dəqiqə saxlanır. AI-ni söndürdükdə yeni AI sorğuları və gözləyən təkrar cəhdlər dayandırılır.

Xarici xidmətlərin məlumat saxlanması və təlim üçün istifadə qaydaları hesabın xidmət səviyyəsindən və onların siyasətlərindən asılıdır. Google-un pulsuz API səviyyəsində məzmun məhsulların yaxşılaşdırılması üçün istifadə edilə bilər. Ətraflı: Google Gemini şərtləri, DeepSeek məxfilik siyasəti, OpenAI məlumat qaydaları.

Virtual aparıcının səsi

Onlayn səs açıq olduqda yaradılmış cavab, açıq ad və hədiyyə reaksiyası seçilən səsə görə Microsoft və ya OpenAI səs xidmətinə göndərilir. Xam şərh ayrıca səs sorğusuna daxil edilmir. Banu/Babək səsləri Microsoft, Coral/Nova/Onyx/Cedar səsləri OpenAI vasitəsilə yaradılır. AI səsi əlçatan olmayanda seçilmiş dilə uyğun standart səs istifadə oluna bilər. Səs faylları serverdə ən çox 10 dəqiqə müvəqqəti yaddaşda saxlanır; iş faylları silinir. Tətbiq səsin tam yüklənməsini gözləyir. Səsi söndürdükdə yeni səs sorğuları göndərilmir.

AI istifadə və xərc nəzarəti

Xərc nəzarəti üçün aylıq ümumi təxmini istifadə, sorğu sayı və hesab identifikatorunun kriptoqrafik xülasəsi ilə qısamüddətli gündəlik saylar saxlanır. Xərc jurnalında şərh mətnləri və API açarları saxlanmır. Bu hesabat provayderin yekun hesab-fakturası deyil.

Əl ilə ödəniş təsdiqi

m10 çeki göndərdikdə çek şəkli, hesabınızın identifikatoru, paket məbləği, müddəti və yoxlama qərarı hesabınıza bağlanır. Çek yalnız səlahiyyətli administratora göstərilir və hesab aktivləşdirməsini yoxlamaq üçün istifadə olunur. Çeklər 90 gündən sonra avtomatik təmizlənir; hesab silinəndə aktiv saxlanmadan silinir. Kart nömrəsi, şifrə və əlaqəsiz maliyyə məlumatları göndərməyin. m10 köçürməsini özünüz edirsiniz; tətbiq avtomatik pul tutmur.

Bildirişlər

Hesabınıza aid mesajlar tətbiqin Bildirişlər bölməsində görünür. Cihaz bildirişləri seçiminiz və sistem icazəsi ilə göstərilir. Tətbiq tam bağlı olanda uzaq push göndərilməsi bu versiyada aktiv deyil.

Saxlanma müddəti və təhlükəsizlik

Hesab məlumatları və hesabat tarixçəsi hesabınız fəaliyyət göstərdiyi müddətdə saxlanır. Giriş sessiyaları ən çox 7 gün etibarlıdır; çıxış edəndə ləğv edilir. Məlumatların ötürülməsi HTTPS ilə qorunur.

Məlumatların silinməsi

Ayarlar → Hesabı sil ilə hesab, sessiyalar, bildirişlər, hədiyyə tarixçəsi, müraciətlər, oyun profili və tətbiqə aid yerli məlumatlar silinir. Apple ilə yaradılan hesabın icazəsi də ləğv edilir. Təhlükəsiz ehtiyat nüsxələr ən çox 30 gün saxlanır; silinmiş hesabın ehtiyatdan bərpa edilməsinin qarşısı alınır. Tətbiqdən kənar silmə sorğuları admin panelində baxılır və hesab sahibinin kimliyi təsdiqlənir. Hesab silinəndə gözləyən sorğu da silinir. Saytdan silmə cihazdakı fayllara uzaqdan müdaxilə etmir; onları təmizləmək üçün tətbiqi silə bilərsiniz.

Hesabın silinməsi və sorğu göndərmək · İstifadə qaydaları

Dəstək və məxfilik sorğuları: info@tikgametok.com.